Azərbaycanla ticarət dövriyyəsini milyard dollara çatdıracağıq – İranlı səfir

Azərbaycanla ticarət dövriyyəsini milyard dollara çatdıracağıq – İranlı səfir

Hazırda oxunan: Azərbaycanla ticarət dövriyyəsini milyard dollara çatdıracağıq – İranlı səfir

59486

"Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Təbii ki, iki ölkənin vətəndaşlarının gediş-gəlişi var, bu zaman olan dövriyyə hesablanmır".

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 30%, o cümlədən Azərbaycanın İrana ixracı ötən il 11% artıb.
 

MÖVZU İLƏ BAĞLI:

İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsi açılacaq - RƏSMİ 


"Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik", - səfir bildirib.

Səfir onu da əlavə edib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri gündəmdədir. Səfərlərin münasib vaxtda həyata keçiriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO