Naxçıvanda tank bölməsinə həyəcan siqnalı verildi – FOTO/VİDEO

Naxçıvanda tank bölməsinə həyəcan siqnalı verildi – FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda tank bölməsinə həyəcan siqnalı verildi – FOTO/VİDEO

59392

“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb.

Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Qərərgah rəisi Ordu Komandanı ilə təlimlərə hazırlığı izlədi - FOTO


Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması tapşırıqları icra edilib.

Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının əhvalını çökdürmək və düşmənin atəş zərbələrindən qorunmaq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Plana uyğun olaraq digər bölmələrdə də döyüşə hazırolmanın qəfil yoxlanılması davam etdiriləcək.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO