ABŞ səfiri: “Azərbaycan etibarlı enerji təchizatçısıdır”

ABŞ səfiri: “Azərbaycan etibarlı enerji təchizatçısıdır”

Hazırda oxunan: ABŞ səfiri: “Azərbaycan etibarlı enerji təchizatçısıdır”

59387

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə enerji sahəsində ikitərəfli əlaqələr, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına və dəhlizin genişlənmə perspektivlərinə dair müzakirələr aparılıb.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ səfirindən Azərbaycan xalqına TƏBRİK - VİDEO


Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının VIII iclasının məhsuldar keçdiyini və bu toplantının Cənub Qaz Dəhlizinin gələcək inkişafı üçün faydalı olduğunu bildirib.

Görüşdə ABŞ səfiri təbii qazın enerji keçidində mühüm rol oynayacağını, buna görə də təbii qaz layihələrinə investisiyaların təşviqinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.

Söhbət zamanı bərpa olunan enerji layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaşıl enerjinin ixracı və gələcəkdə hidrogen istehsalı imkanları, eləcə də beynəlxalq şirkətlər ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO