“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır” - Paşinyan

“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır” - Paşinyan

Hazırda oxunan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır” - Paşinyan

59384

“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Eyni zamanda Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı da sənəd imzalana bilər”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki,  bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səsləndirib.

"İndiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr qarşıdadır", - deyə o, əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ölən 108 azərbaycanlının qalıqlarını Azərbaycana təhvil verib - PAŞİNYAN


Nikol Paşinyan Ermənistan ərazisindən keçən və Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmir və avtomobil yollarının açılmasının vacibliyi haqda da söz açıb:

“İrəvan yol əlaqəsinin bərpası ilə bağlı təkliflər gözləyir. Bunu kağız üzərində imzalamaq lazımdır. Yollarla bağlı Azərbaycana, Rusiyaya və beynəlxalq tərəfdaşlara təkliflər vermişik. Azərbaycanın müsbət cavabı ilə biz yolların tikintisini və bərpa işlərini həyata keçirməyə hazırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO