Koronavirusla xəstəxanaya yerləşdirilən Jirinovski 8 dəfə peyvənd olunub - YENİLƏNİB

Koronavirusla xəstəxanaya yerləşdirilən Jirinovski 8 dəfə peyvənd olunub - YENİLƏNİB

Hazırda oxunan: Koronavirusla xəstəxanaya yerləşdirilən Jirinovski 8 dəfə peyvənd olunub - YENİLƏNİB

59349

Xəbər verdiyimiz kimi Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bizim.Media Mash Telegram kanalına istinadən xəbər verir ki, o, koronavirusa yoluxub.
Dekabrda siyasətçi iki il ərzində koronavirusa qarşı səkkiz peyvənd aldığını bildirmişdi. 

Mənbələrə görə, Jirinovskinin ağciyərlərinin 50-75 faizi zədələnə bilər:

“O, ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Hazırda 75 yaşlı siyasətçinin vəziyyəti ağırdır. O, iki gündür ki, Mərkəzi Klinik Xəstəxanada yatır”.

*** 14:52

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb. 

Mənbə siyasətçinin hansı səbəbdən xəstəxanaya aparıldığı barədə bilgi vermir.

Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946-cı il tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə rus olub.

1964-cü ildə Vladimir anasının 1-ci ərinə məxsus olan Jirinovski soyadını götürüb. Orta təhsilini Astana şəhəri 25 nömrəli orta məktəbdə alıb.

1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində, 1972–1977-ci illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO