Bu il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin liderlərinin sammiti olacaq.
Bizim.Media xəbər verir ki, bunu Moldovanın XİN rəhbəri Niku Popesku bu gün baş tutan brifinqdə deyib.
O bildirib ki, GUAM-ın persektivi yaxşıdır.
“Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik.
Biz həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik, bura – nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur.
Bildiyiniz kimi, bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”, - Popesku vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:45 / 09.02.2022
Bu il GUAM liderlərinin sammiti keçiriləcək
Hazırda oxunan: Bu il GUAM liderlərinin sammiti keçiriləcək
Hazırda oxunan: Bu il GUAM liderlərinin sammiti keçiriləcək
59336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.