Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 9328,2 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən xəbərə görə, görülmüş tədbirlər çərçivəsində 512,2 hektar sahədə meşə əkinləri, 197 hektar sahədə meşə səpinləri işləri aparılıb, 64 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 8550 hektar sahədə təbii bərpaya kömək göstərilib.
Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18762,5 hektar təşkil edib.
Bundan başqa, səpin sahələrində 14,3 hektar sahəyə toxumlar səpilib, 3,8 hektar çilik kökləndirməsi sahələrinə 185 min ədəd çilik basdırılıb.
2021-ci ildə meşə fondu sahələrindən 45,7 ton meyvə və meşə ağac toxumları tədarük edilmişdir ki, bunların da 2,5 tonu qoz, 0,3 tonu badam, 0,6 tonu digər meyvə ağaclarının, 38,3 tonu palıd, 4,0 tonu digər meşə ağacları toxumlarının payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 09.02.2022
Azərbaycanda ötən il neçə min hektar ərazidə meşə bərpa edilib? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda ötən il neçə min hektar ərazidə meşə bərpa edilib? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda ötən il neçə min hektar ərazidə meşə bərpa edilib? – RƏSMİ
59316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.