“Azərbaycanın səkkiz erməni əsgərini azad etməsi və onların Fransa hökumət təyyarəsi ilə İrəvana göndərilməsi hazırda Avropada yaşadığımız gərgin təhlükəsizlik kontekstində yaxşı xəbərdir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Fransanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, məhz hər iki tərəfin bu cür xoşməramlı jesti ilə Azərbaycan və Ermənistan arasında sülhə doğru irəliləmək mümkün olacaq:
“Bu azad edilmə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Prezident Əliyev və Baş nazir Paşinyanın başladıqları dialoq, diplomatiya və gərginliyin azaldılması səylərinin nəticəsidir.
Bu, xüsusilə dörd liderin fevralın 4-də onlayn keçirilən görüşündən sonra baş verir. Fransa Azərbaycanın bu jestini yüksək qiymətləndirir.
Bu azad edilmə yerinə düşür və zəruridir, belə ki, müharibədən “post-münaqişə”yə və “post-münaqişə”dən “sülh danışıqlarına” keçid sərhəddə gərginliyin azaldılması, sonuncunun delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması kimi sahələrdə güclü siyasi iradə və gərginliyi azaldan hərəkətlər tələb edəcək.
Sülh prosesinə keçid humanitar sahədə digər irəliləyişləri də cəlb edəcək.
Onilliklərlə davam edən münaqişədən sonra əhali arasında inamı bərpa etmək və ailələrin ağrı-acısını yüngülləşdirmək, xüsusən də saxlananların öz yaxınlarına qovuşmasına imkan yaratmaq, itkin düşənlərin qalıqlarını müəyyən etmək, mina qurbanlarına yardım göstərmək və sahənin minalardan təmizlənməsini təmin etmək həqiqətən də lazımdır.,
Məhz bu səbəbdən Fransa ötən il olduğu kimi 2022-ci ildə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsinə kömək etmək üçün tərəflərlə və xüsusilə Azərbaycanla işləməyə davam edəcək.
Məhz bu səbəbdən də Fransa minalardan təmizləmə və mina qurbanlarına yardım sahəsində ANAMA ilə əməkdaşlıq təklifi irəli sürüb.
Həmçinin, sülh layihəsindən yaranan və sərhədlərin idarə edilməsi və regional inkişaf məsələlərində böyük və əhəmiyyətli təcrübəyə malik olan Avropa İttifaqı da Azərbaycan və Ermənistanı müşayiət etməyə hazırdır.
Milliyyətçi ritorikadan və tarixi mübahisələrdən əl çəkməyin vaxtıdır. Azərbaycan və Ermənistan arasında sülh yoluna qətiyyətlə daxil olmaq üçün bütün xoşməramlı insanların, gənclər kimi yaşlıların da cəlb edilməsi zəruri olacaq”, - məlumatda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:58 / 08.02.2022
Fransanın Azərbaycandakı səfirliyi MƏLUMAT YAYDI - "Bu, yaxşı xəbərdir..."
Hazırda oxunan: Fransanın Azərbaycandakı səfirliyi MƏLUMAT YAYDI - "Bu, yaxşı xəbərdir..."
Hazırda oxunan: Fransanın Azərbaycandakı səfirliyi MƏLUMAT YAYDI - "Bu, yaxşı xəbərdir..."
59260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.