Daha 488 tələbə təhsil haqqından azad edildi

Daha 488 tələbə təhsil haqqından azad edildi

Hazırda oxunan: Daha 488 tələbə təhsil haqqından azad edildi

5920

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin və COVID-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin müvafiq göstərişinə sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum olub.

Bizim.Media xəbər verir ki, noyabrın 5-dən dekabrın 3-dək ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239-u bakalavr və 89-u isə orta-ixtisas təhsili alan tələbələrdir.

Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib.

Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018-cu və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib.

Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO