İqor Korotçenko:

İqor Korotçenko: "Ermənistan revanşı unutmalıdır"

Hazırda oxunan: İqor Korotçenko: "Ermənistan revanşı unutmalıdır"

5916

Ermənistan qisas, revanş almağı və terrorçu Njdenin ultrasağçı ideologiyasını yaddan çıxartmalıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyalı ictimai-siyasi xadim, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko özünün Teleqram kanalında açıqlayıb. 

Korotçenko vurğulayıb ki, erməniləri yanlız Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində inkişaf düşündürməlidir. Çünki Ermənistan yad torpaqlara iddiasından əl çəksə, İrəvanın Bakı və Ankara ilə birgə iqtisadi layihələr reallaşdırmaq şansı yaranır.

İqor Korotçenkonun sözlərinə görə, "Ermənistan yeni müharibəni arzulasa, geosiyasi fəlakətlə üzləşəcək".

"Bundan başqa, gərək Rusiya danışıqların növbəti mərhələsinə Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasını da daxil etsin. Çünki ermənilər Rusiya ilə hərbi-texniki əməkdaşlığı istəyirlərsə, İrəvanda Njdeyə ucaltdıqları heykəl barədə bir daha fikirləşməlidirlər"

Korotçenko düşünür ki, bu məqam Ermənistanın önünə qoyulan şərtlərdən biri olmalıdır. Rusiyalı jurnalist alman tarixçi Matias Volfdan da sitat gətirib:

"1918-1920-ci illərdə ermənilərin Dağlıq Qarabağda həyata keçirdiyi dağıntı, vəhşiliklərindən də lideri, təşkilatçısı Njde olub".

2016-cı ildə İrəvanda Njdeyə bürüncdən hazırlanan heykəlin açılışı, tədbirdə Serj Sarqsyanın da iştirakından danışan İqor Korotçenko, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın müvafiq bəyanatını da xatırlatdı.

"Ermənilər Kremlin etirazını qınamışdılar və fəaliyyətlərinə bəraət qazandırmağa çalışmışdılar. Onlar nasist Njdeni rus xalqının qəhrəmanları Aleksandr Nevski, Suvorov, Kutuzov və başqaları ilə müqayisə etmişdilər" deyə Korotçenko fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO