Tovuzda 2 “Mercedes” toqquşdu – Sürücülərdən biri öldü

Tovuzda 2 “Mercedes” toqquşdu – Sürücülərdən biri öldü

Hazırda oxunan: Tovuzda 2 “Mercedes” toqquşdu – Sürücülərdən biri öldü

59126

Tovuz rayonunda  baş verən yol-nəqliyyat hadisəsi ölümlə həticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kəndində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlu sükan arxasında sıxılı vəziyyətdə qalıb.

Onun meyitini FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri xüsusi avadanlıqların köməkliyi ilə çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO