Prokurorluq Bakıda 15 yaşlı qızın övlad dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.
Xəzər rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumatda bildirilir ki, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurmuş, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilmiş, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
*** 10:03
Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
Bizim.Media xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb (report).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 08.02.2022
Bakıda 15 yaşlı qızın körpəni evdə dünyaya gətirdiyi ÜZƏ ÇIXDI: Sonra xəstəxanaya aparılıbmış
Hazırda oxunan: Bakıda 15 yaşlı qızın körpəni evdə dünyaya gətirdiyi ÜZƏ ÇIXDI: Sonra xəstəxanaya aparılıbmış
Hazırda oxunan: Bakıda 15 yaşlı qızın körpəni evdə dünyaya gətirdiyi ÜZƏ ÇIXDI: Sonra xəstəxanaya aparılıbmış
0:00
0:00
59124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.