Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi 

Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi 

Hazırda oxunan: Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi 

59111

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.

Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda "24-lüy"ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-i məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO