8 erməni hərbi əsiri daşıyan Fransa təyyarəsi İrəvana endi - VİDEO

8 erməni hərbi əsiri daşıyan Fransa təyyarəsi İrəvana endi - VİDEO

Hazırda oxunan: 8 erməni hərbi əsiri daşıyan Fransa təyyarəsi İrəvana endi - VİDEO

0:00
0:00
59044

Xəbər verdiyimiz kimi, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.

Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, 8 erməni hərbi əsiri daşıyan və Fransaya məxsus olan hərbi təyyarə İrəvanın Zvartnots hava limanına enib.

Geri qayıdan hərbi əsirləri xarici işlər nazirinin müavini Paruyr Ovannisyan, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Fransanın Ermənistandakı səfiri Ann Luyo qarşılayıb.

Xatırladaq ki, cari ilin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO