İraq parlamenti prezident seçkisini təxirə saldı – KVORUM OLMADI

İraq parlamenti prezident seçkisini təxirə saldı – KVORUM OLMADI

Hazırda oxunan: İraq parlamenti prezident seçkisini təxirə saldı – KVORUM OLMADI

59040

İraqın yeni çağırış Nümayəndələr Şurası (parlament) bazar ertəsi günü keçirilməli olan prezident seçkisini kvorum olmaması səbəbindən təxirə salıb.

Bizim.Media Sky News Arabia telekanalına istinadla xəbər verir ki, Şuranın iclası qeyri-müəyyən vaxta keçirilib.

Qanunvericilər dövlət başçısı postuna onlar tərəfindən təqdim olunan namizədlərə səs verməli idi.

Lakin aparıcı bloklar hələ ötən həftə bildirmişdilər ki, iclası boykot edəcəklər. Nəticədə deputatlar lazım gələn üçdə-iki səsi toplaya bilməyiblər. Telekanalın məlumatına görə, iclasda 329 parlamentaridən yalnız 58-i iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO