Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Rusiya ilə münasibətlərlə bağlı bir epizoddan və Rusiya Federasiyası rəhbərliyinin, iri şirkətlərin bəzi nümayəndələrinin davranışlarından danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarusun BelTA agentliyi yayıb.
"Biz sizdən dünya qiymətləri ilə neft alırıq. Deyirlər ki, sizə neft vermək üçün əvvəlcədən 14 dollar dollar ödəmək lazımdır. Danışıqlar zamanı deyirəm:
"Bu, düzgün deyil”. Vladimir Putin Rusiya hökumətinin üzvlərinə çönərək “Siz ağlınızı itirmisiniz? O, düz deyir” sualını verir”, deyə Lukaşenko xatırlayıb.
“Rusiya neft verməyi dayandıranda mən nə etməliydim. Azərbaycan Prezidenti İlham Əliyevə dedim: “Xahiş edirəm, mənə Ukrayna vasitəsilə bir-iki tanker neft verin". Biz isə Odessada yükləri boşaltdıq və ölkəmizə çatdırdıq”, - Aleksandr Lukaşenko əlavə edib.
"Ancaq düz etməmisiniz". Vladimir Solovyov etirazını bildirib.
Lukaşenko isə ona hirslə cavab verib:
"Niyə ki? İqtisadiyyatımız dayanacaqdı. Bu nə deməkdir ki, düz etməmişəm. Əslində siz (Rusiyanı nəzərdə tutur) düz hərəkət etmədiniz".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:09 / 07.02.2022
Lukaşenko Azərbaycandan neft tankeri aldığını xatırladı: “İlham Əliyevdən xahiş etdim ki...”
Hazırda oxunan: Lukaşenko Azərbaycandan neft tankeri aldığını xatırladı: “İlham Əliyevdən xahiş etdim ki...”
Hazırda oxunan: Lukaşenko Azərbaycandan neft tankeri aldığını xatırladı: “İlham Əliyevdən xahiş etdim ki...”
0:00
0:00
59031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.