Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı DİN-dən MƏLUMAT

Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı DİN-dən MƏLUMAT

Hazırda oxunan: Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı DİN-dən MƏLUMAT

58977

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO