2022-ci ildə Pekində keçirilən Olimpiadada komanda turnirində qısa proqramda qalib gələn rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva mərhum nənəsinin xatirəsinə çıxış etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Gazeta.ru” saytında yer alıb.
“Bu qısa proqram üçün çox enerjim var idi. Mən dünyasını dəyişən nənəmin xatirəsinə yarışa çıxdım”, - deyə Olimpiya Oyunlarının Twitter hesabında idmançının sözləri sitat gətirilib.
Qısa proqramda 74,73 xalla ikinci yeri yaponiyalı Vakaba Hiquçi tutub.
Kanadalı fiqurlu konkisürən Madlen Skiza 69,60 xalla üçüncü olub.
Bizim.Media
Камила Валиева рассказала, что выступает на Олимпийских играх в Пекине в память о своей бабушке.
— Олимпийские игры (@Olympia_da) February 6, 2022
Сегодня Камила заняла первое место в короткой программе в рамках командного турнира, набрав 90,18 балла.#Olympics #Beijing2022 pic.twitter.com/9CZ9IfjnHd