Sülhməramlılar sülh yaratmırlar, amma mənim onlara yazığım gəlir.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Aqil Abbas qatıldığı canlı yayımlardan birində deyib.
Belə ki, deputat sülhməramlıların fəaliyyəti ilə bağlı bu fikirləri səsləndirib:
“Biz sənədə qol çəkmişik və hələ ki, 5 il müddətinə ərazi onların əlindədir, nəzarət etməlidirlər. Onlar da nəzarət etmək əvəzinə hər kəsin ora gedib-gəlməsinə icazə verirlər.
MÖVZU İLƏ BAĞLI:
Aqil Abbas: "Sülhməramlılar Moskvanın əmrinə tabe olmurlar” - VİDEO
Fransanın prezidentliyə namizədi də gəlib-getdi icazəsiz. Sülhməramlılar sülh yaratmırlar, amma mənim onlara yazığım gəlir. Ermənilərə nökərçilik edirlər. Kartof əkirlər, üzüm əkirlər, ev tikirlər, uşaqlarına güllə atmağı öyrədirlər. Doğurdan yazığım gəlir. Rusiya kimi bir imperiya beş-on erməniyə nökərçilik edir”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media