Fərid Qayıbov Çinə gedir – İdmançılarımızın Olimpiadadakı çıxışını izləyəcək

Fərid Qayıbov Çinə gedir – İdmançılarımızın Olimpiadadakı çıxışını izləyəcək

Hazırda oxunan: Fərid Qayıbov Çinə gedir – İdmançılarımızın Olimpiadadakı çıxışını izləyəcək

0:00
0:00
58742

Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə gedir.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin Bizim.Media-ya verdiyi məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq.  

Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.  

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO