Tovuz sakində narkotik və silah aşkarlandı

Tovuz sakində narkotik və silah aşkarlandı

Hazırda oxunan: Tovuz sakində narkotik və silah aşkarlandı

58670

Tovuz sakində narkotik və silah aşkar edilib. 

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Tariyel Tağıyev saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onun üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.  

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin qanunsuz olaraq odlu silah əldə edib saxlaması da məlum olub.

Polis əməkdaşları fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “makarov” tipli tapança, həmin tapançaya aid 2 ədəd 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edib.  

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO