Paşinyanın Sünik rəzaləti - əli havada qaldı, kilsədən qovuldu - VİDEO

Paşinyanın Sünik rəzaləti - əli havada qaldı, kilsədən qovuldu - VİDEO

Hazırda oxunan: Paşinyanın Sünik rəzaləti - əli havada qaldı, kilsədən qovuldu - VİDEO

5867

Ermənistanın Sünik bölgəsindəki Qarakilsə şəhərində din xadimi Baş nazir Nikol Paşinyanla görüşməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial medianın erməni seqmentində görüntülər yayılıb.

Belə ki, kilsə xadiminə əl uzadan Paşinyanın əli havada qalıb.

Kadrlarda Paşinyanın rahibin yanına gedərək salamlaşarkən əlini ona uzatdığı əks olunur. Lakin ona  əl verməkdən imtina edilib və kilsədən çıxmasına işarə olunub.

Qeyd edək ki, Ermənistanın Baş naziri Sünik bölgəsinə gedib. Paşinyanın səfərinə etiraz olaraq sakinlər yolları bağlayıblar.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO