“Deutsche Welle”nin Moskva bürosu fəaliyyətini dayandırdı – Kremlin Almaniyaya CAVABI

“Deutsche Welle”nin Moskva bürosu fəaliyyətini dayandırdı – Kremlin Almaniyaya CAVABI

Hazırda oxunan: “Deutsche Welle”nin Moskva bürosu fəaliyyətini dayandırdı – Kremlin Almaniyaya CAVABI

58664

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin jurnalistlərinin Dumaya girişinə qadağa qoyulması barədə göstəriş verib. 

Bizim.Media xəbər verir ki, parlamentin aşağı palatasının mətbuat xidməti bildirib ki, onlar Dövlət Dumasının tədbirlərində də akkreditasiya olunmayacaqlar.

Bu tədbirlər Almaniyada RT-nin (Rusiyadakı nəşrin baş redaktoru milliyyətcə erməni olan Marqarita Simonyandır) qadağan edilməsindən sonra tətbiq edilib.

Buna cavab olaraq Rusiya hakimiyyəti “Deutsche Welle”nin yayımını dayandırmaq və onun müxbir ofisini bağlamaq və medianın özünü xarici agent kimi tanımaq qərarına gəlib. “Kommersant” belə yazıb.
Ötən gün Almaniya “RT DE”-nin fəaliyyətini Almaniya media tənzimləyicisindən yayım lisenziyasının olmaması səbəbindən qadağan edib. Telekanal Serbiyada alınmış lisenziya əsasında fəaliyyət göstərirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO