Ərdoğandan Zelenski ilə Putinin Türkiyədə görüşü barədə AÇIQLAMA

Ərdoğandan Zelenski ilə Putinin Türkiyədə görüşü barədə AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan Zelenski ilə Putinin Türkiyədə görüşü barədə AÇIQLAMA

58641

Qərb ölkələri Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün indiyədək heç bir iş görməyib. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bu fikri cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyev səfərindən qayıdan təyyarənin göyərtəsində türkiyəli jurnalistlərlə söhbəti zamanı səsləndirib.

"Mən bunu çox açıq şəkildə deməliyəm. Əgər bu prosesə (Rusiya Federasiyası ilə Ukrayna arasındakı gərginliyə) diqqət yetirsəniz, təəssüf ki, Qərb hələ də bu məsələnin həlli üçün heç bir iş görməyib.

Mən cənab Rusiya Prezidenti Vladimir Putinlə bu məsələ ilə bağlı görüşə böyük əhəmiyyət verirəm, çünki Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə gördüm ki, bu məsələlərlə bağlı (Zelenski ilə Putinin Türkiyədə görüşü nəzərdə tutulur) artıq razılaşmamız var. Avropada bu məsələnin həlli baxımından ciddi problem var”. CNN TÜRK onun sözlərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO