Türkiyədə güclü qar yağdı - 300-dən çox kənd yolu bağlandı 

Türkiyədə güclü qar yağdı - 300-dən çox kənd yolu bağlandı 

Hazırda oxunan: Türkiyədə güclü qar yağdı - 300-dən çox kənd yolu bağlandı 

58636

Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, ölkənin müxtəlif bölgələrinə yağan güclü qar gündəlik həyata mənfi təsir göstərir.

Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Van, Hakkari, Bitlis və Muş vilayətlərində yaşayan əhaliyə güclü qar və baş verə biləcək qar uçqunu ilə bağlı xəbərdarlıq edilib. 

Hakkari və Vanın cənub seqmentlərində yağan qarın hündürlüyünün 20 santimetrdən çox olacağı gözlənilir. Xüsusilə səhər və gecə saatlarında yolların buz bağlaması və qatı duman olacağı ehtimalı ilə bağlı sürücülərin daha diqqətli olmaları xahiş olunur.

Bitlisdə iki gün ara verəndən sonra yenidən təsirini artıran güclü qar səbəbindən 311 kənd yolu bağlanıb. Bəzi bölgələrdə qarın qalınlığı 163 santimetrə çatıb, avtomobillər qar altında qalıb.
Hazırda qarın təmizlənməsi işləri davam edir. Bölgəyə 150-dən çox texnika cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO