Gəncədə ağacların çıxarılaraq başqa yerə aparılması xəbərinə RƏSMİ REAKSİYA 

Gəncədə ağacların çıxarılaraq başqa yerə aparılması xəbərinə RƏSMİ REAKSİYA 

Hazırda oxunan: Gəncədə ağacların çıxarılaraq başqa yerə aparılması xəbərinə RƏSMİ REAKSİYA 

58611

“Sosial şəbəkələrdə guya ki, ağacların çıxarılaraq hansısa səbəbdən başqa yerə aparılması heç bir reallığı əks etdirmir. Əslində həmin ağacların qurumaq təhlükəsi olduğundan mütəxəssislər tərəfindən başqa münbit yerə köçürülüb. Burada ağac kollarının çıxarılması onları qurumaqdan qorumaq məqsədi daşıyib. Həmin ərazi relyef baxımından ağacların əkilməsi üçün uyğun hesab edilsə də, sonradan orada torpaq tökülmə və daşlı olduğundan ağacların quruma ehtimalı yarandığından ağaclar başqa əraziyə köçürülüb”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin mətbuat katibi Vüsal Balayev verib. 

Onun sözlərinə görə, Gəncə şəhərində yeni yaşıllıq zolaqlarının yaradılması, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilməsi il ərzində mütəmadi şəkildə həyata keçirilub.

Anoloji işlər Nizami Gəncəvi prospektində yerləşən körpünün kənarındakı boş torpaq sahəsində də aparılır.
Həmin əraziyə idarə tərəfindən münbit torpaq tökülüb,  burada Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə yetişdirilən müxtəlif növ gül və gül və dekorativ kollar əkilib, yeni qazon örtüyü salınıb. Ərazidə Azərbaycanın milli ornametlərindən biri olan butadan istifadə edilərək, kompozisiya yaradılıb. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO