Sumqayıtda qətl törədən 22 yaşlı oğlan tutuldu

Sumqayıtda qətl törədən 22 yaşlı oğlan tutuldu

Hazırda oxunan: Sumqayıtda qətl törədən 22 yaşlı oğlan tutuldu

0:00
0:00
58577

Dünən Sumqayıt şəhərində 52 yaşlı Sədiyar Novruzovu qətlə yetirən şəxs saxlanılıb.

Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, onu qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərli şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO