Avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

58566

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən verdiyi məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və ictimai-asayişi nümayişkəranə şəkildə pozub.

Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. 

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o, inzibati məsuliyyətə cəlb olunub.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO