Bakıda güclü külək gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü külək gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Bakıda güclü külək gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

58540

Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin sürətinin 15-20 m/san olacağı gözlənilir.

Milli Hidrometerologiya Xidmətinidən Bizim.Media-ya verilən xəbərə görə, gündüz bəzi yerlərdə küləyin sürətinin arabir 23-28 m/san-dək artacağı gözlənilir.

Sabah axşam qərb rayonlarından başlayaraq fevralın 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə isə 23-28 m/san-dək güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO