Ukrayna və Türkiyə arasında azad ticarət zonası haqqında saziş imzalanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, prezidentlərin iştirakı ilə imzalanan sazişin iki ölkə arasında ticarətin intensivləşməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın transferinə və təcrübə mübadiləsinə töhfə verəcəyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğanla Zelenski ilə 4 saata yaxın qapalı görüş keçirdi - VİDEO
Qeyd edək ki, 2021-ci ildə Türkiyə-Ukrayna ticarət dövriyyəsi 7,42 milyard dollar təşkil edib.
Bizim.Media