Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Latviyaya Prezidenti Eqils Levits ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Latviya Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Latviya üçün dost ölkə olduğunu vurğulayıb.
O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Latviya Prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.
İqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən danışan Eqils Levits COVİD-19 pandemiyasına qarşı mübarizə istiqamətində Latviyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin sədrinə məlumat verib, Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair təşəbbüslərini yüksək qiymətləndirib. Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edib.
Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırlar. Söhbət zamanı Sahibə Qafarova 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:38 / 03.02.2022
Sahibə Qafarova və Latviya Prezidenti arasında görüş baş tutub – DETALLAR
Hazırda oxunan: Sahibə Qafarova və Latviya Prezidenti arasında görüş baş tutub – DETALLAR
Hazırda oxunan: Sahibə Qafarova və Latviya Prezidenti arasında görüş baş tutub – DETALLAR
58509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.