Gəncədə “Nizami” kinoteatrının bərpasına başlanılır

Gəncədə “Nizami” kinoteatrının bərpasına başlanılır

Hazırda oxunan: Gəncədə “Nizami” kinoteatrının bərpasına başlanılır

58501

“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və burada böyük kinoteatrların olmaması qəbul edilməzdir”.  

Bizim.Media-nın regional bürosu xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov Gəncəyə səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında bildirib. 

“Gəncəyə səfərim çərçivəsində nazirliyin balansında olan “Nizami” adına kinoteatrın vəziyyəti ilə yaxından tanış olacam. Biz nəinki Gəncədə, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında da böyük kinoteatrların bərpasına nail olmaq istəyirik”, - deyə nazir qeyd edib.  

Anar Kərimovun sözlərinə görə, regionlarda böyük kinoteatrların bərpası üçün sistemli işlər görülür.  

“Nizami kinoteatrı uzun müddət baxımsız vəziyyətdə qaldığından bu binanın bərpası üçün vaxt lazımdır. Bu il bərpa üçün nəzərdə tutulacaq layihənin işlənməsinə start veriləcək. Biz istəyirik ki, yeni çəkiləcək Qarabağ döyüşləri haqqında filmlər böyük ekranlarda çox sayda insana nümayiş olunsun”, - deyə nazir əlavə edib.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO