“Məndən tez-tez soruşurlar ki, Ermənistan Xarici İşlər Nazirliyinin münaqişənin “tənzimlənməsi” ilə bağlı təkliflərindən niyə imtina etmişik. Nə təklifi, nə də cavabı görməmişəm. Amma əminəm ki, onlar ərazi bütövlüyümüzü və suverenliyimizi tanımadan demarkasiya və delimitasiyanı, yaxud “Qarabağ”sız qismən tanınmağı təklif edirlər....”
Bizim.Media xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.
Tofiq Zülfüqarov Ermənistanın bu cür təkliflə çıxış etməsinin səbəblərini də izah edib:
“Məqsəd sərhədlərimizin tanınmaması və Ermənistan SSR-in sərhədlərinin qəbul edilməməsi şəraitində bizim Ermənistan SSR-in sərhədlərini tanımağımıza, "miatsum" layihəsi nail olmaqdır.
Bu o deməkdir ki, Ermənistanın ərazi iddiaları siyasətinin davam etdirilməsi ilə bağlı rəsmi mövqeyinə cavab olaraq Azərbaycan Ermənistana qanunsuz olaraq verilmiş Qərbi Zəngəzur və Göyçə mahalları ilə bağlı tarixi ədalətin bərpası siyasətini həyata keçirməyə başlamalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:48 / 03.02.2022
“Qərbi Zəngəzur və Göyçə ilə bağlı tarixi ədalətin bərpasına başlamalıyıq” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Qərbi Zəngəzur və Göyçə ilə bağlı tarixi ədalətin bərpasına başlamalıyıq” – Tofiq Zülfüqarov
Hazırda oxunan: “Qərbi Zəngəzur və Göyçə ilə bağlı tarixi ədalətin bərpasına başlamalıyıq” – Tofiq Zülfüqarov
58485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.