Mahir Xorvatiya klubuna keçidindən DANIŞDI – “Dinamo”nun uğurlarında pay sahibi olacağam” 

Mahir Xorvatiya klubuna keçidindən DANIŞDI – “Dinamo”nun uğurlarında pay sahibi olacağam” 

Hazırda oxunan: Mahir Xorvatiya klubuna keçidindən DANIŞDI – “Dinamo”nun uğurlarında pay sahibi olacağam” 

0:00
0:00
58397

“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. Bu, daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Dinamo Zaqreb” klubunun rəsmi saytına verdiyi açıqlamada deyib.  

“Xüsusilə də son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir.

Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkarlar var. Bu, ciddi klubdur. İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacam.
Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu, futbol klubundan artıq, Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”, - deyə Mahir bildirib.  

Qeyd edək ki, Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO