Həyat yoldaşının şəhidə həsr etdiyi kitabın təqdimatından FOTOLAR 

Həyat yoldaşının şəhidə həsr etdiyi kitabın təqdimatından FOTOLAR 

Hazırda oxunan: Həyat yoldaşının şəhidə həsr etdiyi kitabın təqdimatından FOTOLAR 

58349

2021-2022-ci tədris ilində Odlar Yurdu Universitetinin “Mühasibat” ixtisasının əyani şöbəsinə qəbul olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibasi şəhidi Həsənov Fariz Şahin oğlunun həyat yoldaşı Həsənova Əzizə Elçin qızının romanının təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Romana “Sevən qəlbin fəryadı” adını verən Əzizə xanım bununla həyat yoldaşı, şəhid Fariz Həsənovun xatirəsini yenidən əbədiləşdirib.  

Təqdimatda çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev hər kəsin şəhid ailələrinə bir ömür boyu diqqət və qayğı göstərməyə borclu olduğunu və bunun vacibliyini qeyd etdi.

Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri akademik Nizami Cəfərov isə şəhid xanımının yazdığı kitabın necə təsirli, oxunaqlı və təqdirəlayiq olduğunu, bunun sıradan bir kitab olmadığını, yazıçılığa yenicə başlamış  gənc yazar olan şəhid xanımının gələcək nəsilə gözəl bir ailə nümunəsi və hər bir şəhid ailəsinə örnək olduğunu vurğulayıb. 

Müəllif Əzizə Həsənova ilk kitabı olan “Sevən qəlbin fəryadı” romanı haqqında ətraflı danışıb. Bu kitabı yazmaqla o Şəhid həyat yoldaşının borcundan qismən də olsa çıxdığını  və buna görə qürurlandığını vurğulayıb. Ardından imza mərasimi baş tutub.  
Qeyd edək ki, kitab şəhid Fariz Həsənovun xatirəsinə həsr edilib və satış üçün nəzərdə tutulmayıb. 

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO