Qərbin Rusiyadan TƏLƏBİ: “Qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxar”

Qərbin Rusiyadan TƏLƏBİ: “Qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxar”

Hazırda oxunan: Qərbin Rusiyadan TƏLƏBİ: “Qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxar”

58326

İspaniyanın “El Pais” qəzeti Rusiyanın təhlükəsizlik təkliflərinə ABŞ və NATO-nun məxfi cavabının tam mətnini dərc edib. Nəşr iddia edir ki, bunlar ingilis dilində iki sənəddir: dörd səhifədə alyansın cavabı və beş səhifədə Vaşinqtonun cavabı. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Amerika tərəfi daha əvvəl Rusiya Federasiyasının təqdim etdiyi cavabın müddəalarını dərc etməməyi xahiş etmişdi və Moskva bu tələblə razılaşıb.

Əslində ABŞ və NATO nə təklif edib? Birincisi, ABŞ və NATO müxtəlif platformalarda təhlükəsizliklə bağlı Rusiya ilə dialoqu davam etdirməyə hazırdır, lakin əsas şərt kimi Ukrayna ətrafında vəziyyətin deeskalasiyası (sabitləşməsi) irəli sürülür.

Vaşinqton və Brüsselin anlayışında bu, Rusiya qüvvələrinin Ukrayna sərhədindən çıxarılması deməkdir.

Bundan əlavə, Birləşmiş Ştatlar strateji sabitliyə dair Rusiya-Amerika dialoqu çərçivəsində, eləcə də Rusiya-NATO Şurası və ATƏT-də müzakirə edildikdən sonra qarşılıqlı narahatlıqların həlli mexanizmlərini kağız üzərində qoymağa hazırdır.

Birləşmiş Ştatlar həmçinin orta və qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı məhdudiyyətləri müzakirə etmək fikrindədir.

Rusiyaya Polşa və Rumıniyada Aegis Ashore sistemləri üçün yoxlama mexanizmi yaratmağı təklif edir ki, Rusiya tərəfi Tomahawk raketlərinin orda olmadığını yoxlaya bilsin. Bunun müqabilində onlar seçdikləri iki Rusiya raketinin yerləşdiyi ərazini yoxlamaq imkanı tələb edirlər. 

NATO Rusiyanı kosmosda risklərin azaldılması üzrə birgə məsləhətləşmələrə dəvət edib və Moskvanı peyk əleyhinə silahların sınaqdan keçirilməsindən çəkinməyə çağırıb.
ABŞ və NATO Ukraynada gərginliyin azaldılması və Rusiya qoşunlarının Krım, Dnestryanı, Cənubi Osetiya və Abxaziyadan çıxarılması müqabilində Rusiyaya silahlara nəzarət və insidentlərin qarşısını almaq üçün tədbirlərlə bağlı dialoq təklif edib. 

Moskvanın NATO-nun infrastrukturunun 1997-ci il sərhədlərinə qaytarılması tələbinə Qərb məhəl qoymur.

Brüssel Şərqi Avropada (o cümlədən Ukraynada), Cənubi Qafqazda və Mərkəzi Asiyada istənilən hərbi fəaliyyətdən imtina etmək çağırışına cavab olaraq qoşunların Ukrayna, Gürcüstan və Moldova ərazisindən çıxarılmasını tələb edib. Alyans əmin edir ki, o, müdafiə bloku olaraq qalır və Rusiya üçün təhlükə yaratmır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO