Gürcüstan azərbaycanlılarından 5G stansiyasının qurulmasına ETİRAZ 

Gürcüstan azərbaycanlılarından 5G stansiyasının qurulmasına ETİRAZ 

Hazırda oxunan: Gürcüstan azərbaycanlılarından 5G stansiyasının qurulmasına ETİRAZ 

58279

Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri etiraz aksiyası keçiriblər. 

Bizim.Media xəbər verir ki, buna səbəb mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış evlərinə yaxın ərazidə quraşdırmaq istəməsidir. 

Sakinlər deyir ki, qanunla bu tip stansiyalar yaşayış məntəqəsindən 20 km məsafədə yerləşməlidir.

Amma mobil rabitə operatorunun əməkdaşları ötən ilin may ayında quraşdırma işlərinə başlayıblar və kənd sakinlərinin etirazına baxmayaraq, quraşdırma işləri hazırda da davam etdirilir. 
Yerli sakinlər bildirirlər ki, onların icazə vermək istəməməsinə səbəb, antenaların yerləşdiyi əraziyə radiasiya yaymaq təhlükəsinin olmasıdır . 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO