Azərbaycan Ordusunun yeni təlim-məşqindən görüntülər - FOTO/VİDEO

Azərbaycan Ordusunun yeni təlim-məşqindən görüntülər - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun yeni təlim-məşqindən görüntülər - FOTO/VİDEO

58261

Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

2022-ci tədris ilində döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla sərt iqlim və çətin relyef şəraitində müxtəlif döyüş əməliyyatlarının aparılmasında müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO