“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır".
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır" - Hikmət Hacıyev
Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır.
“Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik", - Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyev qeyd edib ki, ölkə qarşısında hər şeyi sözün əsl mənasında sıfırdan qurmaq kimi çətin vəzifə dayanır.
Bizim.Media