Milli Məclis üzvülərinin Baltikyanı ölkələrə səfəri başladı

Milli Məclis üzvülərinin Baltikyanı ölkələrə səfəri başladı

Hazırda oxunan: Milli Məclis üzvülərinin Baltikyanı ölkələrə səfəri başladı

58223

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə fevralın 1-də parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Fevralın 1-də Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Riqa Beynəlxalq Hava Limanında ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın ölkəmizdəki səfiri Dainis Qarançs və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Latviya Prezidenti, Seymin sədri, bu ölkənin Baş naziri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO