Ağdam Sənaye Parkında xalça və dəmir-beton istehsal ediləcək - VİDEO

Ağdam Sənaye Parkında xalça və dəmir-beton istehsal ediləcək - VİDEO

Hazırda oxunan: Ağdam Sənaye Parkında xalça və dəmir-beton istehsal ediləcək - VİDEO

58222

Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, şirkətlərdən biri müxtəlif çeşidli sintetik xalçaların istehsalı ilə məşğul olacaq.

Layihə çərçivəsində il ərzində 1,08 milyon m2 xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Digər yeni rezident prefabrik dəmir-beton məmulatları istehsalı ilə məşğul olacaq.

Bu layihə çərçivəsində isə il ərzində 200 min m2 dəmir beton məmulatlarının istehsalı və 80 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara sənaye parklarının rezidentinin qeydiyyat şəhadətnamələri verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO