Qubada modul tipli yeni tam orta məktəbin açılışı oldu – FOTO

Qubada modul tipli yeni tam orta məktəbin açılışı oldu – FOTO

Hazırda oxunan: Qubada modul tipli yeni tam orta məktəbin açılışı oldu – FOTO

58157

Fevralın ilk günündə Qubanın rayon mərkəzindən 30 km aralıda yerləşən Şuduq kəndində modul tipli yeni tam orta məktəbin açılışı olub.

Yaşayış məntəqəsindəki əvvəlki məktəb 1974-cü ildə inşa edilmiş sovxoz binasında yerləşmişdi. Uzun illər təmirsiz və qəzalı binada oxuyan  şuduqlu uşaqlara da bu gündən müasir məktəbdə dərs keçmək nəsib olub.

Məktəbin direktoru Kamil  Alxasov Bizim.Media-ya bildirib ki, kənddə şagird sayı 21 olduğundan məktəb 40 yerlik nəzərdə tutulub.

Açılışakənd sakinləri ilə yanaşı rayon İH və təhsiı şöbəsinin rəsmiləri, tikinti təşkilatının nümayəndələri də qatılıb.

Mərasimdə çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev yeni məktəbin açılışı münasibətilə şagird və müəllim kollektivini təbrik edib.

"Şagirdlərimiz belə müasir məktəbdə çox yaxşı oxumalıdırlar, cəmiyyətə layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişməlidirlər. Bunun üçün təhsil ocağında hər cür şərait var”, - deyə rayon rəhbəri vurğulayıb.

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev son 4 ildə rayonda dövlət proqramına uyğun olaraq 26-cı modul tipli məktəbin istifadəyə verildiyini qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO