\

\"Marsel\" \"Qarabağ\"ı öz stadionunda qəbul edəcək – Qadağa ləğv olundu 

Hazırda oxunan: \"Marsel\" \"Qarabağ\"ı öz stadionunda qəbul edəcək – Qadağa ləğv olundu 

58068

"Qarabağ"ın "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun Fransada keçirilməsi üçün maneə aradan qalxıb. 

Bizim.Media "Foot-national" nəşrinə istinadən xəbər verir ki, ölkənin idman naziri Roksana Marasinyanu Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların Fransaya gələ biləcəyini açıqlayıb. 

Bundan əlavə, idmançılar qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər. 

Daha əvvəl “Qarabağ” futbolçularının vurdurduğu “Sinovac” vaksinini Fransa qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi.  
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO