Rusiyada yaşayan məşhur repçi Azərbaycandan üzr istədi - VİDEO

Rusiyada yaşayan məşhur repçi Azərbaycandan üzr istədi - VİDEO

Hazırda oxunan: Rusiyada yaşayan məşhur repçi Azərbaycandan üzr istədi - VİDEO

58056

Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb olub.  Bakı ilə bağlı mahnı ifa edən repçi paytaxtımızın adını çəkərkən ədəbsiz hərəkətlər edib. Onun bu davranışı yüzlərlə soydaşımız tərəfindən tənqid edilib.

Bizim.Media xəbər verir ki, bundan təlaşa düşən Nəvai görüntülərin montaj olduğunu iddia edib və Azərbaycan xalqından üzr istəyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur repçidən Azərbaycanla bağlı ədəbsiz hərəkət


“Görürəm ki, kimsə hər növ montaj işləri görərək mənim adımı qaralamağa, mənə çirkab atmağa çalışır", deyə o, əlavə edib. 

Repçi bildirib ki, onu tanıyan bütün insanlar Azərbaycanı necə sevdiyini bilirlər:

"Bütün adekvat insanlar mənim Vətənimə, qan qardaşlarıma və bacılarıma münasibətimi bilirlər. Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər birinə həyatımı verərəm".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO