Klinikalardan oğurluq edən şəxs tutuldu - VİDEO

Klinikalardan oğurluq edən şəxs tutuldu - VİDEO

Hazırda oxunan: Klinikalardan oğurluq edən şəxs tutuldu - VİDEO

57995

Nərimanov rayonunda yerləşən özəl tibb müəssisələrindən birindən oğurluq edilib. Həmin klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.

Bizim.Media xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edibb. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 

Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. 
Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO