Azərbaycan universitetlərində təhsillə bağlı BÖHRAN: Xarici tələbələr təhsillərini dondurdular 

Azərbaycan universitetlərində təhsillə bağlı BÖHRAN: Xarici tələbələr təhsillərini dondurdular 

Hazırda oxunan: Azərbaycan universitetlərində təhsillə bağlı BÖHRAN: Xarici tələbələr təhsillərini dondurdular 

57981

Koronavirus pandemiyasına görə Azərbaycana səfər etməklə bağlı məhdudiyyətlər hələ də qüvvədədir. Eləcə də, Azərbaycanda təhsil alan xarici vətəndaşların ölkəyə buraxılmasında bir sıra qadağalar var. 

Bizim.Media olaraq bu məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq.

Pandemiya səbəbindən xaricdən Azərbaycanda təhsil alamaq üçün gələn tələbələrin sayına təsir edirmi?

Pandemiya dövründə xaricdən gələnlərin sayında azalmalar müşahidə olundu, çünki ölkəmizdə fərdi dərslər təşkil edilmədi. Təhsilin onlayn platformaya gec başlaması da xaricdən gələn tələbələrin sayına mənfi təsirini göstərdi.

Səbəb kimi onu deyə bilərik ki, təəssüflər olsun ki, ali təhsil müəssələrimiz xaricdə təsil xidmətini lazimi səviyyədə göstərə bilmir və xarici ölkə vətəndaşlarının sənədlərini rahatlıqla keçirə biləcəyi sistem hələ ki yoxdur.

Bu səbəblərdən Azərbyacan universitetləri xarici ölkə vətəndaşları az seçilən ölkələr sırasında gəlir.

Ölkəmizə təhsil almaq üçün gələnlərin sayı eləcə də, Azərbaycandan xaricə təhsil üçün gedənlərin sayı nə qədərdir?

Ekspert qeyd edib ki, Azərbaycandan xaricə təhil almaq üçün gedənlərin sayı 41,600 nəfərdən artıqdır, təhsil almaq üçün gələn tələbələrin sayı 6,500 nəfərdir.

“Dövlətin hazırladığı proqram əsasında, Qoşulmama Hərəkatna” na üzv dövlətlərin ölkə vətəndaşları Azərbaycanda ödənişsiz şəkildə təhsil almalarına şərait yaradılıb”.

Kamran Əsədov həmçinin bildirib ki, gələnlər arasında üstünlüyü Türkiyə, İran, Rusiya, Pakistan və Afrika ölkələri təşkil edir.

Hal-hazırda əcnəbi tələbələrə dərslər necə keçirilir?

Ölkədə yaşayan tələbələr digər tələbər kimi ənənəvi təhsilə davam edir. Lakin Azərbaycana gələ bilməyən xarici ölkə vətəndaşları dərslərə mikrosoft office, teams, zoom proqramları vasitəsilə onlayn şəkildə qoşulurlar. Lakin böyük əksəriyyəti təhsillərini hazırda dondurublar.

Məsələ ilə bağlı Təhsil nazirliyinə göndərdiyimiz sorğu isə hələ cavablandırılmayıb. Cavab olan kimi diqətinizə çatdıracağıq.

Leyla, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO