“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı – VİDEO

“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı – VİDEO

Hazırda oxunan: “Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı – VİDEO

578977

Xəbər verdiyimiz kimi, "Qarabağ" - "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxs müəyyən edilərək kiberpolis tərəfindən saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Kiberpolisdən ƏMƏLİYYAT: "Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satanlar saxlanıldı - VİDEO


Bizim.Media xəbər verir ki, saxlanılanlar arasında olan Rəşad Həsənov daha əvvəl “Baku TV”yə şikayətlə bildirib ki, matça bilet almağa cəhd etsə də, uğursuz olub.

Qısa müddət sonra isə həmin şəxs biletləri qeyri-qanuni yolla satdığı üçün polis tərəfindən saxlanılıb.
 

Qeyd edək ki, ötən gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri rəsmi satış məntəqələrindən alaraq daha yüksək qiymətə “qara bazar”da satmaq istəyən beş nəfər – Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.


Rəşadın “qara bazar”dan şikayətləndiyi görüntüləri təqdim edirik:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO