Azərbaycan komandası finala yüksəldi - FOTO

Azərbaycan komandası finala yüksəldi - FOTO

Hazırda oxunan: Azərbaycan komandası finala yüksəldi - FOTO

57767

İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Bizim.Media-ya verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-dən start götürən yarışda “Land of Fire” komandası bu gün ikinci matçına çıxıb.

İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib.

Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.

Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.

Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO