Bakıdan Şuşaya gedən növbəti avtobus mənzil başına çatdı – FOTO

Bakıdan Şuşaya gedən növbəti avtobus mənzil başına çatdı – FOTO

Hazırda oxunan: Bakıdan Şuşaya gedən növbəti avtobus mənzil başına çatdı – FOTO

57721

Bakıdan Şuşa şəhərinə yola düşən növbəti sərnişin avtobusu ünvana çatıb. 

Bizim.Media xəbər verir ki, sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb və artıq Şuşa şəhərinə çatıb. 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO