Azərbaycan Avropaya daha çox qaz tədarük etməyə hazırdır - Elin Süleymanov 

Azərbaycan Avropaya daha çox qaz tədarük etməyə hazırdır - Elin Süleymanov 

Hazırda oxunan: Azərbaycan Avropaya daha çox qaz tədarük etməyə hazırdır - Elin Süleymanov 

57686

“Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır. Türkiyədə olduğu kimi kəskin zərurət yaranacağı halda, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq”. 

Bizim.Media-nın məlumatına görə, bunu “Bloomberg”ə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər.

Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir. 

"Biz qısamüddətli böhranla əlaqədar enerji təhlükəsizliyi, potensial genişlənmə və həcmlərin artırılması barədə qərarlar qəbul etmirik. Qısamüddətli mandatlarla uğur qazanmaq mümkün deyil. Bu, uzunmüddətli planlaşdırma, prosesdir" - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO